Home » Azərbaycan Mərkəzi Bankı: Apreldə ölkədaxili nağdsız ödənişlərin həcmi 9 milyard manatı ötüb

Azərbaycan Mərkəzi Bankı: Apreldə ölkədaxili nağdsız ödənişlərin həcmi 9 milyard manatı ötüb

by Zeyneb
0 comments 0 views 1 minutes read

2026-cı ilin aprel ayında Azərbaycanda ödəniş kartları vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9 milyard 94 milyon manat təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Məlumata görə, bu ilin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 16% artıb.

Həyata keçirilən nağdsız ödənişlərin 7 milyard 969 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 1 milyard 123 milyon manatı POS-terminallar, 2.5 milyon manatı isə özünəxidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilib.

İlin əvvəlindən ödəniş kartları ilə aparılan nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi ölkədaxili kart əməliyyatlarının 69.9%-ni təşkil edib.

Bundan əlavə, banklar və Azərpoçt MMC-nin ödəniş xidməti şəbəkələri üzrə də artım müşahidə olunub. Belə ki, ötən ilin aprel ayının sonu ilə müqayisədə bankomatların sayı 6%, POS-terminalların sayı isə 24% artıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.