Home » Azərbaycan və Böyük Britaniya arasında ticarət dövriyyəsi 5,4 dəfə artıb

Azərbaycan və Böyük Britaniya arasında ticarət dövriyyəsi 5,4 dəfə artıb

by Zeyneb
0 comments 0 views 1 minutes read

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan və Böyük Britaniya arasında ticarət dövriyyəsinin dəyəri 3 milyard 621 milyon 991 min ABŞ dolları təşkil edib.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 960 milyon 781 min ABŞ dolları və ya 5,4 dəfə çoxdur.

Son bir ildə Azərbaycanın Böyük Britaniyaya ixracının dəyəri 24 dəfə artaraq 3 milyard 475 milyon 261 min ABŞ dollarına çatıb. Bu ölkədən Azərbaycana idxalın dəyəri isə 3,5 dəfə azalaraq 146 milyon 731 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə Böyük Britaniya ilə aparılan ticarət Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 14,6%-ni təşkil edib. Ölkəyə ixrac ümumi ixracın 21,2%-nə, Böyük Britaniyadan idxal isə ümumi idxalın 1,7%-nə bərabər olub.

Ümumilikdə, ilin ilk altı ayında Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı həyata keçirib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1% çoxdur.

Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb. İllik müqayisədə ixrac 26,7% artıb, idxal isə 27,6% azalıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.