1

Bu il yanvarın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 524,5 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu göstərici ötən il dekabrın 1-i ilə müqayisədə 5,9 % azdır.
Bununla belə, son 1 ildə ölkədə problemli kreditlərin məbləği 16,8 % artıb.
Hesabat dövrünün sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,6 % təşkil edib. Bu göstərici ötən ilin noyabr ayının sonuna 1,8 %, əvvəlki ilin sonuna isə 1,5 % olub.




