Home » Bakı Fond Birjasının 2023-cü ilin yanvar-sentyabr ayları üzrə hesabatı açıqlanıb

Bakı Fond Birjasının 2023-cü ilin yanvar-sentyabr ayları üzrə hesabatı açıqlanıb

by anar
0 comment 5 views 1 minutes read

Bakı Fond Birjasında 2023-cü ilin yanvar-sentyabr ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 15,909,046,023  manat təşkil etmişdir və ötən ilin müvafiq dövrü ilə müqayisədə 74% böyümə qeydə alınmışdır.

BBN.az xəbər verir ki, nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ilkin bazarı üzrə ticarət həcmində 28%, korporativ qiymətli kağızların təkrar bazarı üzrə isə 49% böyümə qeydə alınmışdır, repo əməliyyatları üzrə 150% artım olmuşdur.

O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 10 dəfə artım qeydə alınmışdır.

2023-cü ilin sentyabr ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası  4,995,678,475 manat təşkil etmiş və ötən ilin son ticarət günü ilə müqayisədə 22%  böyümə qeydə alınmışdır.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.