Home » “Bank Avrasiya” maliyyə vəziyyətini açıqlayıb

“Bank Avrasiya” maliyyə vəziyyətini açıqlayıb

by Zeyneb
0 comments 1 views 1 minutes read

“Bank Avrasiya” ASC 2025-ci ili 5,081 milyon manat xalis mənfəətlə başa vurub.

Bu, 2024-cü illə müqayisədə 29,3 % çoxdur.

Ötən il “Bank Avrasiya”nın əməliyyat gəlirləri 19,604 milyon manat (əvvəlki ilə nisbətən 10,6 % çox), əməliyyat xərcləri 12,96 milyon manat (16,9 % çox), xüsusi ehtiyatlara ayırmaları 771 min manat (38,5 % az), gözlənilməz gəlirləri isə 608 min manat (15,2 dəfə çox), mənfəət vergisi ödəmələri 1,4 milyon manat (6,1 % az) təşkil edib.

Bu il yanvarın 1-nə “Bank Avrasiya”nın aktivləri 214,51 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 6,7 % çoxdur. Bunun 123,421 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 0,3 % böyüyüb.

Hesabat dövründə “Bank Avrasiya”nın öhdəlikləri 7 % artaraq 124,525 milyon manata, o cümlədən depozit portfeli 13,4 % artaraq 71,481 milyon manata, balans kapitalı isə 6,3 % artaraq 89,985 milyon manata çatıb.

Xatırladaq ki, “Bank Avrasiya” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 71,8 milyon manatdır. Bankın səhmlərinin 49,5 %-i “Azbizneskom” MMC-yə, 49,5 %-i “Top Properties” MMC-yə, 1 %-i isə Rüstəm Eynullayevə məxsusdur.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.