Home » Bank BTB özünüməşğulluq proqramı çərçivəsində əhaliyə dəstəyini davam etdirir

Bank BTB özünüməşğulluq proqramı çərçivəsində əhaliyə dəstəyini davam etdirir

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Bank BTB əhalinin həssas qruplarına daim dəstək olaraq özünüməşğulluq proqramı çərçivəsində aktiv fəaliyyətini davam etdirir.

Belə ki, aztəminatlı ailələrin sosial rifahını yaxşılaşdırmaq, onların əmək bazarına inteqrasiyasına dəstək olmaq məqsədilə Bank BTB Özünüməşğulluğa Dəstək proqramı çərçivəsində bu dəfə də fərqli sahələrdə fəaliyyət göstərən 7 aztəminatlı ailəyə öz seçimlərinə uyğun olaraq zəruri ləvazimatlarla yardım etdi. Beləliklə, proqramdan bəhrələnənlər fiziki məhdudiyyətli, məcburi köçkün və aztəminatlı şəxslər olmaqla Salyan, Qəbələ, Yardımlı, İmişli, Lerik rayonlarının, Bakının Qaraçuxur və Sulutəpə qəsəbəsinin sakinləridir.

Həmin şəxslərdən Behbudova Hədiyyə və Ismayıllı Əminə gözəllik salonu, Hadıyeva Aygün, Zairli Təbriz, Cavadova Nəzakət və Tağıyeva Hicran dərzilik, Canməmmədov Rüfət bərbərlik fəaliyyəti istiqamətində kiçik bizneslərini qurmaq məqsədilə Bank BTB-dən avadanlıqlarla təmin edilmişdir.

Qeyd edək ki, Bank BTB sadiq qaldığı Korporativ Sosial Məsuliyyət çərçivəsində 2020-ci ilin yazından fəaliyyətə başlayan özünüməşğulluq proqramına qoşulmaqla 16 vətəndaşa dəstək olub, bundan sonra da bu kimi təşəbbüslərini davam etdirməyi planlaşdırır.

Məlumat üçün bildirək ki, Bank BTB 2010–cu ildə təsis olunub və universal bank olaraq müştərilərin məmnunluğunu təmin etmək məqsədi ilə bütün növ bank xidmətləri göstərir.

Bankın məhsul, xidmət və kampaniyaları barədə məlumat almaq üçün müştərilər Bank BTB-nin onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb)  və Instagram (www.instagram.com/bankbtb/) səhifələrindən, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsindən istifadə edə bilərlər. Həmçinin, (012) 946 nömrəli məlumat mərkəzi və bankın www.btb.az rəsmi internet səhifəsi də həftəiçi 5 gün  müştərilərin xidmətindədir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.