Home » “Bank of Baku”dan ekoloji təşəbbüs: Xəzərin Bilgəh sahilində tullantılar toplanıldı

“Bank of Baku”dan ekoloji təşəbbüs: Xəzərin Bilgəh sahilində tullantılar toplanıldı

by yunus
0 comments 1 views 1 minutes read

Ətraf mühit, Sosial və İdarəetmə (ESİ) prinsiplərini öz fəaliyyətində əsas tutan Bank of Baku “Təbiətə Yaxın Bankçılıq” şüarı altında ekoloji tədbirlərini davam etdirir.

 

Bank 01 iyul tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Xəzər dənizinin Bilgəh sahilində növbəti təmizlik aksiyasını təşkil edib.

 

Aksiyada Bank of Baku əməkdaşları və ekokönüllülər iştirak edərək sahilyanı ərazidən plastik və digər məişət tullantıları toplayıblar. Qeyd edək ki, bank tərəfindən təşkil olunan təmizlik aksiyalarında ümumilikdə 1 tona yaxın tullantının toplanılmasına nail olunub.

 

Bu cür aksiyaları təşkil etməkdə əsas məqsəd Xəzər dənizinin ekoloji vəziyyətinə ictimai diqqəti yönəltmək, dəniz sahillərinin təmizliyini təbliğ etmək və ətraf mühitin qorunması ilə bağlı tədbirlərə dəstək olmaqdır.

 

Məlumat üçün bildirək ki, dayanıqlı fəaliyyətin ayrılmaz hissəsi olan ESİ amilləri Bank of Baku-nun strateji priotitetləri arasında ilk sıralardadır. Bu baxımdan bank “Təbiətə Yaxın Bankçılıq” şüarı ilə ekoloji layihələrini davam etdirməyi hədəfləyir.

 

30 ildən çoxdur ki, fəaliyyət göstərən “Bank of Baku” 20 filial şəbəkəsi ilə 1 milyondan çox müştəriyə pərakəndə, kiçik və orta sahibkarlıq, eləcə də korporativ bankçılıq istiqamətlərində bank xidmətləri təklif edir.

 

 

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.