Bank VTB (Azərbaycan)-ın Visa Platinum kart istifadəçiləri üçün xüsusi yaz təklifi

Yaz bayramları ərəfəsində  bank VTB (Azərbaycan)-ın Visa Platinum kart sahibləri sərfəli təkliflərdən yararlana bilər. Belə ki, Lilac mağazasında gül aldıqda onlar 5% endirim əldə edəcək.

Endirim www.trendyol.сom internet-mağazasında alış-veriş üçün də nəzərdə tutulub: 600 TL (türk lirəsi) və daha çox məbləğə alış-veriş zamanı alıcılara 60 TL-lik güzəşt təklif olunur. Sərfəli qiymətdən yalnız üç dəfə yararlanmaq mümkündür.

Mover.az saytından çatdırılma sifariş edərkən VTB (Azərbaycan)-ın Visa Platinum kart sahibləri bonuslar qazanacaq. İlk sifarişdə 100%, növbəti 5 sifarişə görə – 50%, daha sonrakı 5 çatdırılma üzrə isə 10% bonus olaraq geri qaytarılır. Sifarişin çəkisi 2 kq-dan çox olmamalıdır.

Sərfəli təkliflər 31 mart 2021-ci il tarixinədək qüvvədədir.

VTB (Azərbaycan)-ın aksiyaları barədə ətraflı məlumatı bankın saytından əldə etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır