Home » Bank VTB (Azərbaycan) yeni başlayan sahibkarlara dəstək oldu

Bank VTB (Azərbaycan) yeni başlayan sahibkarlara dəstək oldu

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Bank VTB (Azərbaycan) tekstil məhsullarının istehsalı üçün avadanlıq alaraq üç kiçik biznes müəssisəsinin qurulmasına dəstək olub. Yardım Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair memorandum çərçivəsində edilib.

Qeyd edək ki, bank  tərəfindən qadınlara dəstək göstərilib ki, bu da onlara öz potensiallarını reallaşdırmağa və işlərini qurmağa imkan yaradıb. Fəaliyyətə yeni başlayan sahibkarlar Fəxrəndə Orucova, Arzu Ağalarova və Nurtan İsmayılova artıq işlərinə start verib. Bununla da bank ölkədə qadın sahibkarlığının inkişafına dəstək olub.

“VTB (Azərbaycan) sosial layihələrin reallaşdırılmasına xüsusi önəm verir. Biz bu proqramda iştirak etməklə, insanlara öz uğurlarına inanmağa və işlərini başlamağa imkan veririk. Bank kiçik sahibkarlığa dəstək və əhalinin özünüməşğulluğu istiqamətində işlərini davam etdirəcək”, – deyə bank VTB (Azərbaycan)-ın idarə heyətinin üzvü, korporativ biznesin inkişafı departamentinin rəhbəri Yasin Cəlilov bildirib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.