Home » Baş icraçı direktorların 53%-i bu mövzuda həmfikirdir

Baş icraçı direktorların 53%-i bu mövzuda həmfikirdir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Baş icraçı direktor (CEO) vəzifəsini icra edən şəxslərin yarıdan çoxu iqtisadi artımın getdikcə azalacağı qənaətindədir. Bu barədə, PwC şirkəti illik edərək tərtib etdiyi “Global CEO Survey” sorğusunun hesabatında qeyd olunub.

Qeyd edək ki, dünyanın 80-dən artıq ölkəsində keçirilən bu sorğunun nəticələrində ötən ilkilər ilə nisbətdə kəskin fərqlər var. Belə ki, cari sorğuda rəhbərlərin 53.45%-i 2020-ci ildə iqtisadi artımın zəifləyəcəyini vurğulasa da, ötən illərdə bu göstərici daha pozitiv və ümidverici olub. Belə ki, 2019-cu ildə sözügedən göstərici 29% səviyyəsində qərarlaşıb, 2018-ci ildə isə cəmi 5% olub. Bu isə iqtisadi artımla bağlı pessimistliyin son iki ildə 10 dəfədən çox artdığını və son 11 ilin ən pessimistik səviyyəsinə çatdığının göstəricisidir. Respondentlərin cəmi 22.39%-i cari il üçün iqtisadi artım göstəricisinin yüksələcəyinə ümidvardır.

Digər tərəfdən isə, hesabata əsasən rəhbərlər hal-hazırda iqlim dəyişikliyi ilə mübarizəyə qoşulmaqda daha təşəbbüskardırlar. Belə ki, sorğunun nəticələrinə əsasən, 2010-cu illə müqayisədə iqlim dəyişikliyi ilə bağlı təşəbbüslərin şirkətin reputasiyasına müsbət təsir göstərəcəyini düşünən direktorların sayı iki dəfə artıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.