Home » AMB valyuta bazarında alış əməliyyatlarını artırdı: Ehtiyatlar ilin əvvəlindən 1,64 milyard dollar yüksəldi

AMB valyuta bazarında alış əməliyyatlarını artırdı: Ehtiyatlar ilin əvvəlindən 1,64 milyard dollar yüksəldi

by yunus
0 comments 1 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankı (AMB) bildirib ki, ölkədə tədiyə balansının cari əməliyyatlar hesabında müsbət saldonun genişlənməsi və maliyyə sektorunda de-dollarlaşma meylinin güclənməsi fonunda valyuta bazarında təklif tələbi üstələməyə davam edir. Bu tendensiya həm nağd, həm də qeyri-nağd valyuta əməliyyatlarında müşahidə edilir.

BBN.az xəbər verir ki, Mərkəzi Bankın məlumatında qeyd olunub ki, 2026-cı ilin iyun ayında valyuta bazarında 394 milyon ABŞ dolları həcmində alışyönlü intervensiya həyata keçirilib. Bundan əvvəl, aprel ayında bu göstərici 1 milyard ABŞ dolları təşkil etmişdi.

Həyata keçirilən alış əməliyyatları, eləcə də valyuta ehtiyatlarının idarə olunmasından əldə edilən gəlirlər nəticəsində AMB-nin valyuta ehtiyatları təkcə iyun ayında 445 milyon ABŞ dolları artıb. Beləliklə, ilin əvvəlindən etibarən ehtiyatların ümumi artımı 1,64 milyard ABŞ dollarına çatıb.

Mərkəzi Bank qeyd edib ki, bazardan alınan xarici valyutanın tam və ya müəyyən hissəsi 2026-cı ilin qalan dövründə bazarda yaranacaq tələbdən asılı olaraq valyuta bazarında tarazlığın qorunması məqsədilə yenidən satışa çıxarıla bilər.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.