Beynəlxalq ticarət kəskin azala bilər – PROQNOZ

Ümumdünya Ticarət Təşkilatı (WTO) 2020-ci ilin ikinci rübündə dünya ölkələri arasında həyata keçirilən ticarətin həcminin ötən ilin müvafiq rübü ilə müqayisədə 18.5% az olacağını proqnozlaşdırıb. Proqnozun əsas səbəbi kimi isə koronavirus pandemiyasının ikinci rübdə bir çox ölkələrə yayılması və bununla da əksər ölkələrin sərhədlərini bağlaması, eləcə də istehsal müəssisələrinin fəaliyyətini dayandırması göstərilib.

Qurumun direktoru proqnozların ürəkaçan olmadığını bildirsə də, daha bədbin ssenarinin də mümkün olduğu ehtimalını vurğulayıb.

Məlumat üçün qeyd edək ki, birinci rüb üzrə qlobal ticarət göstəricisi 3%-lik azalmaya məruz qalıb. WTO cari il üçün sözügedən göstəricinin 13% azalmasını, növbəti ildə isə 21.3% artmasını proqnozlaşdırıb. Pandemiyadan əvvəl isə 2021-ci il üçün 24%-lik artım proqnozlaşdırılmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır