
“Rəqəmsal bankçılığın inkişafı üçün onu dəstəkləyəcək sığorta infrastrukturu da qurulmalıdır”.
Bu sözləri Türkiyənin Des-Tech & Affinity Box şirkətinin baş direktoru Bilal Türkmen Bakıdakı Türk Dövlətləri InsurTech Zirvəsində çıxışı zamanı deyib.
O bildirib ki, sığorta prosesi bütün ölkələrdə eyni prinsiplərlə işləyir və buna görə də Türk dövlətləri arasında ümumi texnoloji baza və anlayış dili formalaşdırmaq mümkündür.
Bilal Türkmenin fikrincə, gələcəyin uğurlu maliyyə ekosistemi yalnız texnologiyaya deyil, həm də işi dərindən bilib onu düzgün sistem arxitekturasına çevirmək bacarığına əsaslanacaq:
“Texnologiya zəruri şərtdir, amma həlledici olan biznesi anlamaq və onu gələcəyə uyğun dizayn etməkdir”.







