Home » Birinci rüb üzrə xam neft ixracı ümumi ixracın 84%-i civarındadır

Birinci rüb üzrə xam neft ixracı ümumi ixracın 84%-i civarındadır

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi rüblük idxal-ixrac göstəricilərini açıqlayıb. Hesabatda, mart ayı üzrə idxal və ixrac göstəricilərinin yanvar və fevral aylarına nisbətdə gerilədiyini müşahidə etmək olar. Belə ki, mart ayı ərzində ixracın ümumi həcmi 957 milyon 397 min dollar, idxalın ümumi həcmi isə 849 milyon 468 min dollar səviyyəsindədir. Bu isə, fevral ayının göstəricilərinə müvafiq olaraq 161 milyon 764 min dollar və 217 milyon 114 min dollar aşağıdır.

2020-ci ilin ilk rübündə isə ümumilikdə 4 milyard 206 milyon 756 min dollar həcmində ixrac və 2 milyard 636 milyon 969 min dollar həcmində idxal əməliyyatları həyata keçirilib. İdxal göstəricilərinə nəzər saldıqda, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və hissələrinin idxalda böyük paya sahib olduğu müşahidə olunur.

İxrac əməliyyatlarında isə xam neft ixracı böyük paya sahibdir. Belə ki, ümumi ixracın 83.74%-ini özündə cəmləşdirən xam neftin ixracı ilk rübdə 3 milyard 522 milyon 698 min dollar həcmində həyata keçirilib. Bununla yanaşı, ilk rübdə 161 milyon 926 min dollar dəyərində təbii qaz ixrac olunub.

Qeyri neft sektoru üzrə ixrac birinci rübdə ümumi ixracın 10.2%-ni təşkil edib. Qeyri-neft məhsulları arasında meyvə-tərəvəz məhsullarının ixracı fərqlənib. Belə ki, ilk üç ay ərzində ümumilikdə 113 milyon 231 min dollar həcmində meyvə-tərəvəz ixrac edilib. Bu isə, 84 min 598 ton civarındadır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.