İranın İsrailə PUA hücumu kriptovalyuta bazarlarına mənfi təsir göstərib. Hücum xəbərindən sonra Bitcoin-də kəskin ucuzlaşma müşahidə olunub.
BBN.az xəbər verir ki,bazarın dominant kriptovalyutası olan bitkoin təxminən 8 faiz dəyər itirib. Bir neçə gündür 70 min dollar civarında olan bitkoinin qiyməti müharibə xəbərinin ardından şənbə günü saat 21:00-da sürətlə 61 min dollara düşüb.
7,9 faiz ucuzlaşaraq 61 842 dollar olan bitkoin əvvəlki bağlanışla müqayisədə 5 308 dollar dəyər itirib. Martın 14-də 73 794 dollarla ilin ən yüksək səviyyəsinə çatan bitkoinin bir aylıq ucuzlaşması 16,2 faizə çatıb.
Ethereum-da dəyər itkisi 9,5 faizə çatdı. Etherium eyni dəqiqələrdə təxminən 2,950 dollara alınıb.