Home » Bitkoin iyun ayından bəri ən aşağı səviyyədədir

Bitkoin iyun ayından bəri ən aşağı səviyyədədir

by yunus
0 comments 1 views 1 minutes read

Bitkoin bir çox göstəricinin kriptovalyuta investorları arasında yaranan bədbin əhval-ruhiyyəni vurğulaması fonunda iyun ayının sonundan bəri ən aşağı səviyyəsinə enib.

BBN.az xəbər verir ki, əsas kriptovalyuta olan bitkoin çərşənbə axşamı Nyu-Yorkda 3,1 faiz ucuzlaşaraq, 23 iyundan bəri ən aşağı səviyyə — 103 min 539 dollaradək geriləyib.

Bitkoinin ucuzlaşmasının səbəblərindən biri dolların möhkəmlənməsi, digəri isə 1,3 milyard dollarlıq kriptovalyuta likvidasiyası dalğası kimi göstərilir. İnvestorlar hazırda Bitcoin və daha kiçik kriptovalyutaların yenidən yüksəlişinə dair mövqe tutmaqda tərəddüd edirlər.

Kriptovalyutalar həmçinin birja investisiya fondlarından (ETF) vəsait çıxışları, eləcə də rəqəmsal aktivlərlə məşğul olan şirkətlərin satışları ilə bağlı narahatlıqlar da daxil olmaqla bir sıra mənfi amillərlə üzləşiblər.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.