Home » “Biznesin müflisləşməsi” işçi qrupunun onlayn formatda geniş tərkibdə növbəti iclası keçirilib

“Biznesin müflisləşməsi” işçi qrupunun onlayn formatda geniş tərkibdə növbəti iclası keçirilib

by anar
0 comments 1 views 1 minutes read

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Ədliyyə Nazirliyinin rəhbərlik etdiyi “Biznesin müflisləşməsi” işçi qrupunun onlayn formatda geniş tərkibdə növbəti iclası keçirilib.

İclasda  Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin, Bakı Apellyasiya Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının əməkdaşları, İqtisadiyyat Nazirliyinin, Dövlət Vergi Xidmətinin, Vəkillər Kollegiyasının nümayəndələri və İşçi qrupun digər üzvləri, o cümlədən özəl sektorun nümayəndələri iştirak ediblər.

İclasda İşçi qrupun rəhbəri, Bakı Apellyasiya Məhkəməsinin hakimi Ramin Qaraqurbanlı Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesin müflisləşməsi” indikatoru ilə bağlı sorğuların cavablandırılması və simulyasiya prosesi, eyni zamanda kommunikasiya tədbirlərinin genişləndirilməsi məqsədilə hazırlanan İntensiv Kommunikasiya Planı barədə məlumat verib

Bununla yanaşı İşçi qrupun 2024-cü il üzrə əsas hədəflərini əhatə edən yol xəritəsində nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti müzakirə olunub, həmçinin “Müflisləşmə və sağlamlaşdırma haqqında” qanun layihəsinin və digər qanunvericilik aktlarının hazırlanması ilə bağlı görülən işlər səsləndirilib.

Tədbir iclas iştirakçılarının çıxışları və İşçi qrupun fəaliyyəti ilə bağlı müzakirələrlədavam etdirilib.

Məlumat üçün qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” işçi qrupuna rəhbərliyi Ədliyyə Nazirliyi həyata keçirir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.