1

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 867,8 milyon manat olub.
BBN.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Mərkəzi Bankı tərəfindən yayımlanıb.
Rəsmi statistikaya əsasən, BOKT-ların kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 123,2 milyon manat və ya 16,5% artım göstərib.
Xatırladaq ki, 2024-cü ilin yanvar-sentyabr aylarında bu göstərici 744,6 milyon manat səviyyəsində qeydə alınmışdı.







