Home » BP Azərbaycanda sosial layihələrə xərclərini azaldıb

BP Azərbaycanda sosial layihələrə xərclərini azaldıb

by yunus
0 comment 0 views 1 minutes read

2024-cü ilin yanvar-sentyabr aylarında bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda təqribən 0,8 milyon dollar vəsait xərcləyiblər. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,8 milyon ABŞ dolları və ya 2 dəfə azdır.

BBN.az bu barədə BP-nin bu ilin üçüncü rübünün yekunlarına dair hesabatına istinadən xəbər verir.

Bu layihələrə hazırda davam edən 23 təhsil proqramı, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 3 layihə və ətraf mühit üzrə 1 təşəbbüs daxil olub.

Bundan əlavə, BP ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə təxminən 1 milyon ABŞ dolları vəsait xərcləyib. Bu 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,2 milyon ABŞ dolları və ya 25 % çoxdur.

Bu layihələrə hazırda davam edən 20 təhsil təşəbbüsü, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə, ətraf mühit üzrə 4 təşəbbüs, ölkənin zəngin mədəni irsini və idmanı təbliğ edən 1 layihə və müxtəlif mövzularda 6 konfrans və seminara, yəni ümumilikdə 32 layihəyə dəstək fəaliyyəti daxildir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.