Home » “Brent” markalı neftin qiyməti 68 dolları ötüb

“Brent” markalı neftin qiyməti 68 dolları ötüb

by yunus
0 comments 0 views 1 minutes read

Çərşənbə günü neft qiymətləri ABŞ-ın İrandan enerji tədarükünü məhdudlaşdırmağa yönəlmiş yeni sanksiyaları, eləcə də ABŞ prezidenti Donald Trampın Çinlə ticarət əlaqələri ilə bağlı daha yumşaq bəyanatları fonunda yüksəlir.

BBN.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin iyun fyuçerslərinin qiyməti bir barel üçün 68,01 dollar təşkil edir ki, bu da əvvəlki hərracların bağlanışına nisbətən 0,57 dollar (0,85%) bahadır. Çərşənbə axşamı bu kontraktlar 1,18 dollar (1,8%) artaraq 67,44 dollar/barel olub.

Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda iyun ayı üçün WTI markalı neftin fyuçersləri bu vaxta qədər 0,56 dollar (0,88%) artaraq bir barel üçün 64,23 dollar təşkil edib. Əvvəlki sessiyanın yekunlarına görə, bu müqavilələrin dəyəri 1,26 dollar (2%) artaraq bir barel üçün 63,67 dollar təşkil edib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.