Home » Bu il ipoteka krediti üçün 2 165 nəfərin müraciəti qeydiyyata alınıb

Bu il ipoteka krediti üçün 2 165 nəfərin müraciəti qeydiyyata alınıb

by Zeyneb
0 comments 2 views 1 minutes read

Azərbaycanda 2026-cı il üçün ayrılmış limit çərçivəsində dövlət xətti ilə ipoteka krediti almaq üçün 2 165 nəfərin müraciəti qeydiyyata alınıb.

Bu barədə İpoteka və Kredit Zəmanət Fondu və **Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti**nin birgə açıqlamasında bildirilir.

Məlumata görə, Fond 2026-cı ildə ipoteka kreditləşməsini davam etdirmək məqsədilə müvəkkil banklara müvafiq limitlər ayırıb. Adi ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna martın 5-i saat 11:00-dan, güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna isə martın 6-sı saat 11:00-dan başlanılıb.

Bildirilib ki, vətəndaş müraciətlərinin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilmiş “Elektron İpoteka və Kredit Zəmanət” sistemi üzərindən hər kəs üçün bərabər şəraitdə, real vaxt rejimində və şəffaf şəkildə qəbulunun təmin edilməsi üçün Dövlət Xidməti ilə əməkdaşlıq çərçivəsində sistemdə dayanıqlılıq və təhlükəsizlik testləri həyata keçirilib. Tətbiq edilən informasiya təhlükəsizliyi mexanizmləri vasitəsilə sistemin fasiləsiz və təhlükəsiz fəaliyyəti təmin olunaraq daimi nəzarətdə saxlanılıb.

Qeyd olunub ki, həm adi, həm də güzəştli ipoteka kreditlərinin əlverişli şərtlər və aşağı faiz dərəcələri ilə təqdim olunması əhali arasında bu kreditlərə yüksək tələbat yaradıb. Ayrılmış limitlər çərçivəsində adi ipoteka krediti əldə etmək üçün 1 522 nəfərin (ümumi müraciət 9 019), güzəştli ipoteka krediti əldə etmək üçün isə 643 nəfərin (ümumi müraciət 4 369) müraciəti qeydə alınıb.

Əvvəlki illərdə olduğu kimi, ipoteka kreditləşməsi üzrə müraciətlərin qəbulu və bundan sonrakı proseslər mövcud qanunvericiliyə və Fondun daxili qaydalarına uyğun olaraq davam etdirilir. Dövlət Xidmətinin tətbiq etdiyi informasiya təhlükəsizliyi mexanizmləri ilə sistemin təhlükəsiz fəaliyyəti nəzarətdə saxlanılır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.