Home » Çinin Datang şirkəti ilə 100 MVt gücündə günəş enerjisi layihəsi üzrə İcra Müqaviləsi imzalanıb

Çinin Datang şirkəti ilə 100 MVt gücündə günəş enerjisi layihəsi üzrə İcra Müqaviləsi imzalanıb

by anar
0 comments 0 views 1 minutes read

Şurasının sədri Lü Cünün başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə enerji sahəsində geniş əməkdaşlığın Azərbaycanla Çin arasında hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərin əsas prioritet istiqamətlərindən biri olduğu, bu xüsusda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çinə dövlət səfəri zamanı imzalanan sənədlərin mühüm rolu vurğulanıb.

“China Datang Overseas Investment Co. Ltd” şirkəti ilə quruda 100 MVt gücündə günəş, 2 QVt gücündə dənizdə külək enerjisi, enerji saxlanc sistemi və “Yaşıl Enerji Dəhlizi” layihələrini, həmçinin Azərbaycanın energetika sektoru mütəxəssisləri üçün təlim və təcrübə mübadiləsi proqramını əhatə edən tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə olunub. Müzakirələr zamanı dəniz külək enerjisi və “Yaşıl Enerji Dəhlizi” layihələrinin həyata keçirilməsi üçün zəruri texniki və iqtisadi məsələlər nəzərdən keçirilib. Aparılmış tədqiqatlar, külək turbinlərinin daşınması və quraşdırılması, avadanlıqların yerli istehsalının təşkili, sualtı kabellər, enerjinin ötürülməsi və sistem tənzimlənməsi kimi istiqamətlər üzrə fikir mübadiləsi edilib.

Həmçinin günəş enerjisi sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivlər dəyərləndirilib. Azərbaycan Respublikasının Energetika Nazirliyi, “China Datang Overseas Investment Co. Ltd” və “SOCAR Green” MMC arasında “Azərbaycan Respublikasında 100 MVt gücündə Günəş Elektrik Stansiyası Layihəsinin qiymətləndirilməsi, işlənilməsi və həyata keçirilməsinə dair İcra Müqaviləsi” imzalanıb. Müqavilə layihənin icrasına məsul şirkətin və Rəhbər Komitənin yaradılmasını nəzərdə tutur.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.