
Bu ilin oktyabrın 1-nə Azərbaycanın daxili dövlət borcu 17,47 milyard manat səviyyəsində olub. Bunun 7,987 mlrd. manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 9,60 mlrd. manatı isə dövlət zəmanətli öhdəliklərin payına düşüb.
Maliyyə Nazirliyinin məlumatına görə, dövriyyədə olan dövlət qiymətli kağızlarının:
-
3%-i 1 illik,
-
56,3%-i 2 və 3 illik,
-
40,7%-i isə 5 il və daha uzun müddətlilərlə təmsil olunur.
Oktyabrın 1-nə dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti (OÖM) 3,52 il təşkil edib. Nazirliyin bildirdiyinə görə, qısamüddətli istiqrazların geri alınaraq daha uzunmüddətli kağızlar ilə əvəzlənməsi OÖM-ün artmasına səbəb olub.







