Home » “Dieselgate” qalmaqalı: 1.6 milyon avtomobil sahibi 6 milyard funt sterlinq tələb edir

“Dieselgate” qalmaqalı: 1.6 milyon avtomobil sahibi 6 milyard funt sterlinq tələb edir

by yunus
0 comments 2 views 1 minutes read

Londonda yerləşən Ali Məhkəmədə (High Court) Avropa avtomobil sənayesinin ən böyük hüquqi proseslərindən biri start götürüb. Təxminən 1.6 milyon dizel avtomobili sahibi avtomobil istehsalçılarını emissiya testlərini saxtalaşdırmaqda ittiham edir.

BBN.az xəbər verir ki, iddialara görə, Mercedes, Ford, Renault, Nissan və Peugeot/Citroen şirkətləri 2009-cu ildən satışda olan dizel avtomobillərə “defeat device” adlanan proqram təminatı quraşdıraraq test zamanı azot oksidi (NOx) emissiyalarını süni şəkildə qanuni limitlərə uyğunlaşdırıblar. Lakin “real dünya” şəraitində bu avtomobillərin zərərli tullantıları dəfələrlə yüksək olub.

Əgər iddialar məhkəmədə təsdiqini tapsa, kompensasiya məbləğinin 6 milyard funt sterlinqdən çox olacağı gözlənilir. Hazırda proses yalnız 5 əsas istehsalçını əhatə edir, lakin bu qərar sonradan digər brendlərə də şamil olunacaq. Bu markalar arasında Volkswagen, BMW, Jaguar Land Rover, Toyota, Volvo, Hyundai/Kia və digərləri də var.

Avtomobil istehsalçıları isə ittihamları rədd edir və proqram təminatının qanunsuz olmadığını bildirir. Müdafiə tərəfinin ilkin açıqlamaları həftə ərzində təqdim olunacaq.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.