Home » Dövlət Gömrük Komitəsinə yeni səlahiyyət verilib

Dövlət Gömrük Komitəsinə yeni səlahiyyət verilib

by Zeyneb
0 comments 0 views 1 minutes read

Azərbaycanda əməliyyat-axtarış fəaliyyəti sahəsində səlahiyyət bölgüsünə dair hüquqi çərçivə yenilənib.

Prezident İlham Əliyev bununla bağlı “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” 19 iyun 2001-ci il tarixli fərmana dəyişiklik edib.

Dəyişikliyə əsasən, iqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə tədbirləri çərçivəsində bəzi qurumların səlahiyyətləri genişləndirilib. Belə ki, bundan sonra müvafiq müşahidə tədbirlərini İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə yanaşı Dövlət Gömrük Komitəsi də həyata keçirəcək.

Qeyd olunan səlahiyyətlərə binaların, o cümlədən yaşayış yerlərinin, hasarlanmış tikinti obyektlərinin, qurğuların, torpaq sahələrinin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsi daxildir.

Yeni fərman iqtisadi sahədə nəzarət mexanizmlərinin gücləndirilməsinə və mütəşəkkil cinayətkarlıqla mübarizənin daha effektiv təşkilinə yönəlib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.