Home » Dövlət qurumlarının rəqəmsal layihələrinə vahid qiymətləndirmə mexanizmi tətbiq olunacaq

Dövlət qurumlarının rəqəmsal layihələrinə vahid qiymətləndirmə mexanizmi tətbiq olunacaq

by Zeyneb
0 comments 2 views 1 minutes read
Azərbaycan Respublikasının Nazirlər Kabineti 23 iyun 2025-ci il tarixində “Dövlət
informasiya ehtiyatları və sistemləri, habelə elektron xidmətlərlə bağlı layihələrə texniki
və səmərəlilik baxımından məqsədəuyğunluq barədə rəy verilməsi Qaydası”nı təsdiq
edib. Yeni qaydaya əsasən, dövlət qurumları rəqəmsal layihələrini icra etməzdən əvvəl
vahid elektron platforma üzərindən həmin layihələrin texniki və iqtisadi ekspertizasını
həyata keçirməlidirlər.
Belə ki, hər bir layihə texniki uyğunluğu (arxitektura, inteqrasiya, və miqyaslana bilmə
qabiliyyəti və s.), eləcə də büdcə səmərəliliyi (xərclərin optimallaşdırılması və gözlənilən
fayda və s.) baxımından Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyi tərəfindən qiymətləndiriləcək. Layihələrə dair müraciətlər “Dövlət informasiya
sistemləri və elektron xidmətlərin vahid reyestri”ndə fəaliyyət göstərən elektron kabinet
vasitəsilə təqdim ediləcək və Nazirliyin rəyi alınacaq.
Bu mexanizmin tətbiqi dövlət sektoru üzrə vahid texniki standartların
formalaşdırılmasına, layihələrin daha səmərəli planlaşdırılmasına və icrasına şərait
yaradacaq. Həmçinin paralel və təkrarlanan layihələrin qarşısının alınmasına, vəsait və
vaxt baxımından daha qənaətli yanaşmanın təmin olunmasına xidmət edəcək.
Yeni qayda ilə elektron xidmətlərin keyfiyyətinin yüksəlməsi, vətəndaş məmnuniyyətinin
artması və ümumilikdə ölkədə rəqəmsal transformasiya prosesinin sürətlənməsi
gözlənilir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.