Home » Dövlət Vergi Xidmətinin rəhbər vəzifəli şəxsləri üçün keçirilən ”Liderlik bacarıqlarının inkişafı” təlimləri yekunlaşıb

Dövlət Vergi Xidmətinin rəhbər vəzifəli şəxsləri üçün keçirilən ”Liderlik bacarıqlarının inkişafı” təlimləri yekunlaşıb

by anar
0 comments 5 views 2 minutes read

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) çalışan əməkdaşların bilik və bacarıqlarının təkmilləşdirilməsi, peşəkarlığının artırılması, əmək fəaliyyətinin yeni çağırışlara uyğun təşkili və səriştələrin inkişafı üçün müxtəlif layihələrin və proqramların tətbiqi diqqətdə saxlanılır. Bu istiqamətdə Dövlət Vergi Xidmətinin ADA Universiteti ilə birgə təşkil etdiyi və 86 nəfər rəhbər işçinin qatıldığı “Liderlik bacarıqlarının inkişafı” üzrə təlimlər başa çatıb. Bununla bağlı ADA Universitetində tədbir təşkil olunub.

Tədbirdə Dövlət Vergi Xidmətinin və ADA Universitetinin rəhbərliyi, layihənin iştirakçıları çıxış ediblər. ADA Universitetinin Akademik işlər üzrə prorektoru Elkin Nurməmmədov universitetin iş prinsipləri və burada təhsilin müxtəlif mərhələləri üzrə təsis edilmiş mərkəzlər barədə danışıb. ADA Universitetinin akademik işlər üzrə prorektorunun müşaviri, İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva təhsildə müasir tələblər, peşəkar mühitdə tendensiyalar, idarəetmədə tətbiq edilən innovasiyalar barədə danışıb.

Daha sonra DVX-nin rəisi Orxan Nəzərlinin videomüraciəti təqdim edilib. Müraciətdə layihənin xidmətin gələcək inkişafı və uğurlu fəaliyyətinin təmin edilməsi üçün faydaları, insan resurslarının inkişafı istiqamətində həyata keçirilən təşəbbüslərin və liderlik təlimlərinin əhəmiyyəti vurğulanıb.

DVX-nin rəis müavini Emil Qarayev xidmətin insan resurslarının inkişafına verdiyi önəm və bu sahədə əldə olunan nailiyyətlər barədə məlumat verib. Bildirib ki, müasir dövrdə idarəetmə bacarıqları kompleks səriştələr tələb edir. DVX-nin rəis müavini İlkin Vəliyev isə belə təlimlərin xidmətin peşəkar kadr bazasını daha da gücləndirdiyini qeyd edib. DVX-nin hər zaman öyrənməyi və inkişafı prioritet hədəf seçdiyi diqqətə çatdırılıb.

DVX-nin  İnsan resursları baş idarəsinin rəisi Aytən Kərimova insan resurslarına yanaşmada tətbiq edilən prinsiplərə toxunub, xidmət tərəfindən müasir çağırışlara uyğun olaraq istedadlı əməkdaşların cəlb edilməsi, inkişafı və mükafatlandırılması proqramlarının tətbiqi istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. DVX-nin Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi baş idarəsinin rəisi Elçin Bəylərov təəssüratlarını bölüşərək, proqramın insan kapitalının inkişafında yeni təcrübələr, səriştələr və müasir yanaşmalar aşıladığını diqqətə çatdırıb.

Tədbirin davamında digər iştirakçıların və təlimçilərin çıxışları dinlənilib. Daha sonra “Liderlik bacarıqlarının inkişafı” Proqramını uğurla bitirən DVX əməkdaşlarına sertifikatlar təqdim edilib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.