Home » Dövlət Xidmətində “Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” İctimai Birliyinin üzvləri ilə görüş keçirilib

Dövlət Xidmətində “Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” İctimai Birliyinin üzvləri ilə görüş keçirilib

by anar
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Görüşdə reklam sahəsində tənzimləmə alətləri barədə məlumat verilib, reklam bazarının inkişafı və reklam subyektlərinin maraqlarının təmin olunması istiqamətində qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində “Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” İctimai Birliyinin üzvləri ilə görüş keçirilib.

Görüşdə reklam sahəsində mövcud problemlər, müvafiq sahədə tənzimləmə alətləri, haqsız, qeyri-dəqiq və gizli reklamdan istifadə etməklə haqsız rəqabətə yol verilməsi hallarının aradan qaldırılması istiqamətində görülən tədbirlərdən bəhs edilib. Müvafiq sahədə qanunvericiliyin tələbləri, reklam qanunvericiliyinin pozulması ilə əlaqədar təcrübədə qarşıya çıxan hallar və onlarla mübarizə üsulları müzakirə edilib.

Görüş zamanı həmçinin reklam bazarının inkişafı və reklam subyektlərinin maraqlarının təmin olunması istiqamətində sağlam rəqabət mühitinin yaradılması ətrafında fikir mübadiləsi aparılıb.

Sonda tərəflər müvafiq sahədə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.