Home » Dubayda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası işə başlayıb

Dubayda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası işə başlayıb

by khayale
0 rəy 4 baxış 1 dəqiqə oxuma
Noyabrın 30-da Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransının (COP28) açılışı baş tutub və bununla da konfrans rəsmi olaraq işə başlayıb.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının milli əlaqələndiricisi, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bildirib ki, konfransın açılışında COP28-in prezidenti, BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Simon Stiell, İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin sədri Jim Skea və digərləri çıxış ediblər.

Dekabrın 12-dək davam edəcək konfransın əsas mövzuları təmiz enerjiyə keçid, iqlim maliyyələşməsi, təbiət əsaslı həllər, sosial inklüzivlik və digər məsələləri əhatə edir.

Bununla belə konfrans çərçivəsində iqlim dəyişmələrinə təsirlərin azaldılması, iqlim risklərinə dayanıqlılıq və uyğunlaşma məsələləri üzrə digər mövzuların müzakirəsi və qərarların qəbul edilməsi nəzərdə tutulur.

Konfransda Azərbaycan nümayəndə heyəti də iştirak edir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.