Son yayımlanan hesabata görə, 2019-cu ildə dünyanın ən çox milyarderə sahib 30 ölkəsində ümumilikdə 2035 milyarder var. 2023-cü ildə isə milyarderlərin sayının 2500-ə yaxınlaşacağı proqnozlaşdırılır. Müvafiq olaraq, hesabatda 2019-cu il və 2023-cü illər üçün milyonerlərin sayı isə 16.5 və 19.2 milyon nəfər göstərilib.
Ümumilikdə, ən çox milyarderə malik olan ölkə ABŞ-dır. ABŞ-da ötən il 585 milyarder qeydə alınıb. Çin isə 373 milyarder ilə ikinci yerdə qərarlaşıb. Almaniyada isə 2019-cu ildə 123 milyarder qeydə alınıb. Siyahı isə bütövlükdə aşağıdakı kimidir:
Sıra | Ölkə | Milyarderlər 2019 | Milyarderlər 2023 | Milyonerlər 2019 | Milyonerlər 2023 |
1 | ABŞ | 585 | 680 | 5944007 | 6902563 |
2 | Çin | 373 | 481 | 1469846 | 1535473 |
3 | Almaniya | 123 | 148 | 1530348 | 1904069 |
4 | Hindistan | 119 | 163 | 326052 | 438779 |
5 | Rusiya | 101 | 124 | 163176 | 198524 |
6 | Honk Konq | 64 | 77 | 213504 | 223223 |
7 | Böyük Britaniya | 54 | 67 | 759354 | 905227 |
8 | Kanada | 46 | 56 | 459319 | 528249 |
9 | Cənubi Koreya | 44 | 56 | 177254 | 185257 |
10 | Avstraliya | 43 | 49 | 329643 | 389303 |
11 | İtaliya | 43 | 53 | 282580 | 337863 |
12 | Fransa | 40 | 49 | 610831 | 745324 |
13 | İsveçrə | 36 | 41 | 331686 | 392959 |
14 | Yaponiya | 35 | 40 | 2326522 | 2558032 |
15 | Tayvan | 35 | 44 | 135689 | 166771 |
16 | Sinqapur | 33 | 39 | 171559 | 206782 |
17 | İsveç | 32 | 37 | 200530 | 245127 |
18 | Braziliya | 31 | 37 | 179628 | 188674 |
19 | Tayland | 30 | 34 | 64131 | 80875 |
20 | İspaniya | 29 | 34 | 261435 | 323920 |
21 | Türkiyə | 29 | 28 | 83947 | 86467 |
22 | İndoneziya | 20 | 25 | 43118 | 55353 |
23 | Meksika | 16 | 20 | 158901 | 192393 |
24 | Malayziya | 14 | 19 | 29272 | 37315 |
25 | Monako | 12 | 14 | 12261 | 13494 |
26 | Filippin | 12 | 17 | 24162 | 32363 |
27 | Səudiyyə Ərəbistanı | 10 | 10 | 50348 | 51360 |
28 | Argentina | 9 | 9 | 32547 | 37903 |
29 | İrlandiya | 9 | 9 | 77984 | 95817 |
30 | Avstriya | 8 | 8 | 125043 | 153181 |