2024-cü ilin dünyanın ən dəyərli brendlərinin eytinqi açıqlanıb.
BBN.az bu barədə “Interbrand” konsaltinq şirkəti tərəfindən dərc edilən reytinqə istinadən xəbər verir.
Belə ki, 2024-cü ildə “Apple”, “Microsoft” və “Amazon” ümumi brend dəyərindəki artımı yavaşlayıb, buna baxmayaraq bu brendlər öz liderliklərini qoruyub saxlamağı bacarıblar. Bu il onların ümumi dəyəri 3% artaraq 3,4 trilyon dollara çatıb ki, bu da son illərin ən aşağı artım tempidir.
“Apple”ın brend dəyəri 3% azalaraq 488,9 milyard dollar təşkil edib. Analitiklər bunu süni intellektə sərmayə yatırmağa ehtiyatlı yanaşma ilə əlaqələndiriblər.