Home » Elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı yaradılmış Koordinasiya Şurasının iclası keçirilib

Elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı yaradılmış Koordinasiya Şurasının iclası keçirilib

by anar
0 comments 0 views 1 minutes read

Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən təsdiq edilmiş “Elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı Tədbirlər Planı”nın icrası məqsədilə yaradılmış Koordinasiya Şurasının ilk iclası keçirilib.

Nazir çıxışında “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 29 may tarixli 1209 nömrəli Sərəncamı ilə islahatların əsas istiqamətlərinin müəyyən edildiyini və bu istiqamətlərə uyğun olaraq müvafiq işlərin aparılmaqda olduğunu bildirib. Elektroenergetika sahəsində islahatların əsas məqsədinin enerji təhlükəsizliyinin davamlı olaraq gücləndirilməsi, idarəetmə sistemlərinin qabaqcıl beynəlxalq təcrübə baxımından inkişaf etdrilməsi, özəl investisiyaların cəlb edilməsi və dövlətin maliyyə yükünün azaldılması olduğu vurğulanıb. Həmçinin, elektrik enerjisinin istehsalına çəkilən xərclərin optimallaşdırılması, səmərəliliyin və xidmət keyfiyyətinin daha da yüksəldilməsi, eləcə də rəqabət mühitinin təmin olunması sektorun inkişafı üçün əsas prioritetlər kimi qeyd edilib.

Sonra iclasın gündəliyinə uyğun olaraq “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun və “Elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı Tədbirlər Planı”nın icrası ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən görülən işlər haqqında məlumatlar diqqətə çatdırılıb.

Koordinasiya Şurasının nəzdində müvafiq istiqamətlər üzrə alt işçi qrupları yaradılıb, qarşıdakı dövr üçün görüləcək işlər müəyyənləşdirilib, müvafiq qərarlar qəbul edilib.

İclasda Energetika, İqtisadiyyat, Maliyyə, Ədliyyə nazirlikləri, Azərbaycan İnvestisiya Holdinqi, “Azərenerji” ASC, “Azərişıq” ASC və  Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələri iştirak edib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.