0
Elektrik mühərrikli avtomobil istehsalçı şirkəti Tesla-nın rəhbəri Elon Musk 2022-ci ildə şirkətin səhmlərinin təxminən 2 milyard (daha dəqiq 1.95 milyard) dollarını xeyriyyəyə xərcləyib.
BBN.az BBC Business-ə istinadən xəbər verir ki, bu milyarderin Tesla səhmlərindən xeyriyyəyə bağışladığı ilk hal deyil. Belə ki, 2021-ci ildə Musk təxminən 5.74 milyard dolları xeyriyyə məqsədilə xərcləyib.
O, həmçinin 2023-cü ilin sonuna qədər sahibi olduğu Twitter şirkətinə də CEO tapacağına əmin olduğunu bildirib.