Home » Energetika naziri Türkiyədə rumın və bolqar həmkarları ilə görüşüb

Energetika naziri Türkiyədə rumın və bolqar həmkarları ilə görüşüb

by yunus
0 comments 1 views 1 minutes read

Energetika naziri Pərviz Şahbazov İstanbul Təbii Sərvətlər Zirvəsi çərçivəsində Rumıniyanın energetika naziri Sebastian-İoan Burduja və Bolqarıstanın energetika naziri Jeço Stankov ilə görüşlər keçirib.

Rumıniyanın energetika naziri Sebastian-İoan Burduja ilə görüşdə təbii qaz və “yaşıl enerji” təchizatı, eləcə də ikitərəfli enerji əməkdaşlığının gündəliyindəki aktual məsələlərlə bağlı fikir mübadiləsi edilib. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin icra vəziyyəti, həmçinin Rumıniyanın “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” layihəsinə qoşulması perspektivləri nəzərdən keçirilib. Söhbət zamanı Rumıniyada qaza tələbat müstəvisində qaz tədarükü və infrastrukturların inkişafına dair müzakirələr aparılıb.

Bolqarıstanın energetika naziri Jeço Stankovla görüşdə isə Azərbaycanla enerji sahəsində tərəfdaşlıqdan məmnunluq ifadə edilib. Bolqarıstanın enerjiyə tələbatının ödənilməsində əhəmiyyətli paya malik Azərbaycan təbii qazının ölkəyə faydalarından bəhs edilib. Türkiyə ilə sərhəddə interkonnektorun ötürücülük gücünün artırılması imkanları dəyərləndirilib. Bolqarıstanda həyata keçirilən qazlaşdırma layihəsi üzrə irəliləyişlər nəzərdən keçirilib, həmçinin Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında “yaşıl enerji” infrastrukturunun qurulması prosesindən irəli gələn məsələlər müzakirə edilib.

Hər iki ölkənin nazirləri 2-4 iyun tarixində Bakıda keçiriləcək “Enerji Həftəsi”ndə iştiraka dəvət edilib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.