Home » Energetiklər Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Energetiklər Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

by Zeyneb
0 comments 4 views 1 minutes read

20 oktyabr – Energetiklər Günü ilə əlaqədar Energetika Nazirliyi, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin kollektivi Fəxri xiyabana gələrək ümummilli lider, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın və dövlət xadimi Əziz Əliyevin xatirəsi yad edilib, məzarları üzərinə güllər düzülüb.

Tədbir Şəhidlər xiyabanını ziyarətlə davam edib. Energetiklər Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban verən qəhrəman Vətən övladlarının xatirəsini yad edib və məzarları üzərinə gül dəstələri qoyublar.

Qeyd edək ki, 1981-ci il oktyabrın 20-də ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Cənubi Qafqazın ilk böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES-in birinci enerji blokunun istifadəyə verilməsi ilə Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsası qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli 446 saylı Sərəncamı ilə bu tarix ölkəmizdə “Energetiklər Günü” kimi təsis edilib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.