Koronavirusun ölkədə yayılması ilə əlaqədar Gürcüstanın milli valyutası lari bir sıra valyutalar qarşısında geriləyib.
Belə ki, Gürcüstan Milli Bankının açıqladığı rəsmi məzənnələrə istinadən, lari ABŞ dolları qarşısında rekord həddə geriləyib. 16 mart tarixində bir ABŞ dollarının dəyəri üç laridən aşağı idisə, bugünə olan məzənnə göstəricilərinə görə, bir dollar 3.0118 lari təşkil edir. Bu isə 0.0176 lari artım deməkdir.
Gürcüstan larisi avro qarşısında da 0.0263 lari geriləyərək 3.3684 lariyə bərabərləşib.
Yerli valyutamız olan manat ilə müqayisə etdikdə isə, manatın dünəndən etibarən 0.0149 lari dəyər qazanaraq 1.7784 lariyə bərabər olduğunu müşahidə edə bilərik.