

Gürcüstan Maliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Gəlir Xidmətinin(RS) tərtib etdiyi hesabata əsasən, 2019-cu ildə Gürcüstanda işləyən xarici vətəndaşların sayı 12525 olub. Bu isə, 2018-ci ilin göstəricisinə nəzərən 828 nəfər çoxdur. Gürcüstanda işləyən xaricilərin əksəriyyəti aşağıdakı ölkələrin vətəndaşlarıdır:
- Türkiyə -2828 nəfər
- Azərbaycan – 1433 nəfər
- Çin – 1411 nəfər
- Ukrayna – 1372 nəfər
- Rusiya – 1148 nəfər
Siyahının son yerlərini isə 1 nəfər ilə Burundi, Çili, Efiopiya, Fici, Kolumbiya, Kosta Rika, Liberiya, Lixtenşteyn, Malta, Mozambik, Oman, Küveyt, Venesuela, Seneqal, Vyetnam və Zimbabve bölüşürlər. Ümumilikdə isə, 2019-cu ildə 106 fərqli ölkədən işçi Gürcüstanda fəaliyyət göstərib.