Home » Gürcüstanda işləyən xarici vətəndaşların sayına görə ikinci pillədəyik

Gürcüstanda işləyən xarici vətəndaşların sayına görə ikinci pillədəyik

by bbnadm
0 comments 0 views 0 minutes read

Gürcüstan Maliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Gəlir Xidmətinin(RS) tərtib etdiyi hesabata əsasən, 2019-cu ildə Gürcüstanda işləyən xarici vətəndaşların sayı 12525 olub. Bu isə, 2018-ci ilin göstəricisinə nəzərən 828 nəfər çoxdur. Gürcüstanda işləyən xaricilərin əksəriyyəti aşağıdakı ölkələrin vətəndaşlarıdır:

  • Türkiyə -2828 nəfər
  • Azərbaycan – 1433 nəfər
  • Çin – 1411 nəfər
  • Ukrayna – 1372 nəfər
  • Rusiya – 1148 nəfər

Siyahının son yerlərini isə 1 nəfər ilə Burundi, Çili, Efiopiya, Fici, Kolumbiya, Kosta Rika, Liberiya, Lixtenşteyn, Malta, Mozambik, Oman, Küveyt, Venesuela, Seneqal, Vyetnam və Zimbabve bölüşürlər. Ümumilikdə isə, 2019-cu ildə 106 fərqli ölkədən işçi Gürcüstanda fəaliyyət göstərib.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.