İndi güc xanımlarda! – Rabitəbankdan xanım sahibkarlar üçün sürpriz

Ölkədə sahibkarlıq fəaliyyətinə daim dəstək olan Rabitəbank sahibkar xanımların yanındadır.  Rabitəbank istehsalat, sənayə, ticarət və xidmət, kənd təsərrüfatı və digər sahələr üzrə sahibkarlıq fəaliyyətlərini genişləndirmək istəyən xanımlarımızın gücünə güc qatmaq üçün onlara təklif etdiyi biznes kreditində yeni güzəştlər tətbiq edir.

Bugündən “Güc xanımlarda!” biznes kreditinin illik faizi 14.9% deyil, 12.9% olacaq. Kreditin maksimal müddəti 36 ay, maksimal məbləği isə 1 000 000 manat təşkil edir. Üstəlik kredit əldə etmiş xanım sahibkarlar bunun üçün heç bir komissiya haqqı ödəməyəcəklər. Bunlarla yanaşı kredit əldə edən işgüzar xanımlara hədiyyə BizKart kartı, bir illik ödənişsiz POS-terminal, İnternet Bankçılıq və Mobil Bankçılıq xidmətləri də təklif olunur.

Rabitəbank ölkədə aşağı faiz və yüksək məbləğli biznes krediti təklif etməklə sahibkarlarlıq istiqamətində qadınların aktiv iştirakı və unikal inkişafına nail olmağı hədəfləyir. Bu təklifdən faydalanmaq üçün banka gəlmədən bankın rəsmi veb-saytı ilə onlayn sifariş edə bilərsiniz – www.rabitabank.com/guc-xanimlarda

“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır