Home » ING “Brent” markalı neftin 2028-ci ilə qədər qiymətləri ilə bağlı proqnozlarını açıqlayıb

ING “Brent” markalı neftin 2028-ci ilə qədər qiymətləri ilə bağlı proqnozlarını açıqlayıb

by Zeyneb
0 comments 2 views 1 minutes read

Niderlandın ING bank qrupu “Brent” markalı neftin və “Dutch TTF” markalı təbii qazın 2028-ci ilə qədər qiymətləri ilə bağlı yenilənmiş proqnozlarını ictimailəşdirib.

Analitiklərin təxminlərinə görə, 2025-ci ildə “Brent” markalı neftin orta illik qiyməti bir barrel üçün 68 ABŞ dolları təşkil edəcək, “Dutch TTF” isə 1 meqavatt/saat üçün 38 avro olacaq. 2026-cı ildə isə “Brent” və “Dutch TTF”in orta illik qiyməti müvafiq olaraq 57 dollar/barel və 1 meqavatt/saat üçün 31 avro təşkil edəcək.

2027-ci ildə Brent markalı neftin illik orta qiymətinin təxminən 62 dollar səviyyəsində qalacağı, Dutch TTF-in qiymətinin isə təqribən 26 avroya enəcəyi gözlənilir.

Xüsusi olaraq vurğulanır ki, 2025-ci ilin üçüncü rübündə “Brent” neftinin qiymətinin bir barel üçün 68 dollar, dördüncü rübdə isə 62 dollar olacağı proqnozlaşdırılır. “Dutch TTF” üçün isə 2025-ci ilin üçüncü rübündə qiymətlərin hər meqavatt-saata görə 33 avro, dördüncü rübdə isə 35 avro səviyyəsində olacağı gözlənilir.

Mənbə: Trend.az

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.