Home » ING: Yüksək neft qiymətləri Azərbaycanın xarici və fiskal göstəricilərini gücləndirəcək

ING: Yüksək neft qiymətləri Azərbaycanın xarici və fiskal göstəricilərini gücləndirəcək

by Zeyneb
0 comments 0 views 1 minutes read

ING Azərbaycanın bu il yüksək neft qiymətlərindən faydalanaraq xarici və fiskal göstəricilərini yaxşılaşdıracağını proqnozlaşdırır.

ING Yaxın Şərqdəki gərginlik və Hörmüz boğazı ətrafında davam edən risklər fonunda 2026-cı il üzrə neft qiyməti proqnozunu 93 ABŞ dolları/barelə yüksəldib. Qurumun qiymətləndirməsində bu vəziyyətdən ən çox faydalanan ölkələr sırasında Azərbaycanın da adı çəkilib.

Hesabata əsasən, yeni neft ssenarisi şəraitində Azərbaycanın cari əməliyyatlar hesabının profisiti bu il ÜDM-in 9-10%-nə çata bilər. Eyni zamanda, konsolidə edilmiş büdcə profisitinin ÜDM-in 4%-nə yüksələcəyi gözlənilir.

ING qeyd edir ki, Azərbaycan idxal olunan inflyasiya risklərinə məruz qalsa da, digər MDB ölkələri ilə müqayisədə daxili inflyasiya təzyiqləri daha zəif olaraq qalır. Bunun əsas səbəbi isə iqtisadi artım tempinin aşağı səviyyədə olması ilə izah edilir.

Hesabatda xatırladılıb ki, 2026-cı ilin birinci rübündə Azərbaycanın ümumi daxili məhsulu illik müqayisədə 0,3% azalıb. Qurum il üzrə iqtisadi artımın aşağı birrəqəmli səviyyədə olacağını proqnozlaşdırır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.