0

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) 2025-ci il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Tenderin qalibi NR Proaudit MMC olub. Qalib şirkətə 17 523 manat ödəniləcək.
Qeyd edək ki, ötən il keçirilən analoji tenderin qalibi Baker Tilly Audit Azərbaycan QSC olub və şirkətə 38 940 manat ödənilmişdi.
İRİA İlham Əliyev tərəfindən 11 oktyabr 2021-ci il tarixli fərman əsasında yaradılıb. Agentliyin nizamnamə kapitalı 6,778 milyon manat təşkil edir. Qurum ölkədə rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkili, yerli innovasiya mühitinin formalaşdırılması və ekosistemin gücləndirilməsi istiqamətində fəaliyyət göstərən publik hüquqi şəxsdir.




