Home » MDM-in sığorta tenderinin qalibi “Qala Sığorta” olub

MDM-in sığorta tenderinin qalibi “Qala Sığorta” olub

by Zeyneb
0 comments 0 views 0 minutes read

Milli Depozit Mərkəzi (MDM) əməkdaşlarının tibbi və nəqliyyat vasitələrinin sığortalanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Tenderin qalibi Qala Sığorta ASC olub. Qalib şirkətə 67 270 manat ödəniləcək.

Satınalma çərçivəsində 3 əməkdaş və onların 3 ailə üzvü üçün minimum 10 000 manatlıq VIP tibbi sığorta paketi, 83 əməkdaş və onların 60 ailə üzvü üçün isə minimum 5 000 manatlıq standart tibbi sığorta paketinin əldə olunması nəzərdə tutulur. Bununla yanaşı, avtonəqliyyat vasitələrinin könüllü (KASKO) sığortalanması da təmin ediləcək.

Qeyd edək ki, ötən il keçirilən analoji tenderin qalibi Meqa Sığorta ASC olub və şirkətə 49 860 manat ödənilmişdi.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.