Home » İRİA-nın təşəbbüsü ilə keçirilən olimpiadada 400-dən çox məktəbli və universitet tələbəsi iştirak edib – Foto

İRİA-nın təşəbbüsü ilə keçirilən olimpiadada 400-dən çox məktəbli və universitet tələbəsi iştirak edib – Foto

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İnnovasiya və  Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə “Technest” Təqaüd Proqramı çərçivəsində “IDDA CUP – Bahar 2024” olimpiadası həyata keçirilib. 400-dən çox məktəbli və universitet tələbəsinin iştirak etdiyi olimpiada 6 fərqli universitetin kampuslarında baş tutub.

Yekunda yüksək nəticə göstərən 156 nəfər olimpiadanın final mərhələsinə vəsiqə qazanıb. Bununla yanaşı, müsabiqədən kənar Respublika Fənn Olimpiadalarının qalibi olan 139 nəfər də “IDDA CUP – Bahar 2024”-ün finalında iştirak edəcək.

Müsabiqənin keçirilməsində əsas məqsəd şagird və tələbələr arasında alqoritmik təfəkkür bacarıqlarının formalaşdırılması, Azərbaycan məktəbli və tələbə komandalarının beynəlxalq proqramlaşdırma müsabiqələrinə hazırlanması, onların komanda rəhbərlərinin təcrübələrinin artırılmasıdır. Eyni zamanda Azərbaycan ali təhsil müəssisələrini beynəlxalq proqramlaşdırma düşərgələrinin keçirildiyi məkana çevirmək və beynəlxalq səviyyədə tanınmış təlimçiləri Azərbaycana dəvət etmək əsas hədəflərdəndir.

Qeyd edək ki, “IDDA CUP – Bahar 2024” olimpiadası  İRİA-nın həyata keçirdiyi “Technest” təqaüd proqramının beynəlxalq olimpiadalara xüsusi hazırlıq proqramı çərçivəsində həyata keçirilir. Proqram proqramlaşdırma, informatika və alqoritmik təfəkkür üzrə beynəlxalq müsabiqələrə sistemli hazırlıq yanaşmasını təqdim edir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.