Home » IsDB: Təbiət əsaslı həllərə investisiyalar əmək bazarını dəyişdirəcək

IsDB: Təbiət əsaslı həllərə investisiyalar əmək bazarını dəyişdirəcək

by Zeyneb
0 comments 0 views 1 minutes read

Təbiət əsaslı həllərə (NBS) yönəldilən investisiyalar gələcəkdə əmək bazarında mühüm dəyişikliklərə səbəb olacaq.

Bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Dayanıqlı Ərəb şəhərləri üçün təbiət əsaslı həllər: Yerli fəaliyyətdən şəhər transformasiyası” tədbirində İslam İnkişaf Bankının (IsDB) Dayanıqlılıq və İqlim Fəaliyyəti Departamentinin İqlim Dəyişikliyi üzrə aparıcı mütəxəssisi Bradley Hiller bildirib.

Onun sözlərinə görə, IsDB Yaxın Şərq və Şimali Afrika (MENA) regionunda Beynəlxalq Əmək Təşkilatı (ILO) və “Cambridge Econometrics” ilə birlikdə iqlim siyasəti ssenarilərinin kəmiyyət modelləşdirilməsini həyata keçirib.

B.Hiller qeyd edib ki, araşdırmanın məqsədi aşağı karbonlu və iqlimə davamlı inkişaf yollarına keçid, eləcə də təbiət əsaslı həllərə investisiyaların əmək bazarına və iqtisadi imkanlara təsirini qiymətləndirmək olub:

“Biz bunu regionda siyasətin formalaşdırılmasına kömək edə biləcək və qərar qəbul edən şəxsləri dəstəkləyən mühüm nəticə kimi görürük”, – deyə o bildirib.

Mütəxəssis əlavə edib ki, Braziliyanın Belem şəhərində keçirilən COP30 çərçivəsində çoxtərəfli inkişaf bankları təbiət maliyyəsi üçün vahid taksonomiya və izləmə metodologiyasını işə salıblar.

Onun sözlərinə görə, bu addım təbiət əsaslı həllər üçün maliyyələşmənin genişləndirilməsi və investisiyaların miqyasının artırılması baxımından mühüm potensiala malikdir.

B.Hiller bildirib ki, inkişaf banklarının iqlim maliyyəsi sahəsində artıq formalaşmış vahid metodologiyası mövcuddur:

“Müqayisə üçün qeyd edək ki, 2025-ci ildə çoxtərəfli inkişaf bankları qlobal miqyasda təxminən 137 milyard ABŞ dolları həcmində iqlim maliyyəsini birgə dəstəkləyiblər. İndi isə yeni taksonomiya və izləmə metodologiyası təbiət maliyyəsinin də oxşar şəkildə genişlənməsinə imkan yarada bilər”, – deyə o vurğulayıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.