Home » Kapital Bank-ın dollar istiqrazlarına abunə yazılışı başladı

Kapital Bank-ın dollar istiqrazlarına abunə yazılışı başladı

by anar
0 comments 1 views 1 minutes read

8 yanvar 2025-ci il tarixində Kapital Bank-ın 25 000 000 (iyirmi beş milyon) ABŞ dolları həcmində subordinasiya istiqrazlarının abunə yazılışına start verilib. İstiqraz sahibi olmaq istəyən müştərilər 10 yanvar 2025-ci il tarixindən etibarən 12 gün ərzində ən yaxın Kapital Bank filialına yaxınlaşa bilərlər.

Kapital Bank-ın dollar istiqrazlarını əldə edən hər kəs illik gəlirini nə az, nə çox 7% artıra bilər. Maliyyə bazarının bu unikal təklifi müştərilərə aylıq gəlir qazandırır. Qeyd edək ki, istiqrazlar üzrə faiz ödənişləri vergidən azaddır. Eyni zamanda istiqrazların abunə yazılışı ilə bağlı bütün komissiyalar bank tərəfindən ödənilir.

Ərtaflı məlumat üçün: https://kbl.az/diy

Xatırladaq ki, 2024-cü ildə Kapital Bank-ın ümumi həcmi 145 milyon ABŞ dolları və 100 milyon manat olmaqla 7 istiqraz emissiyası baş tutub. Eyni zamanda bank ötən il ilk dəfə olaraq filiallarda da istiqrazların abunə yazılışını həyata keçirməyə nail olub. Ümumilikdə 450-dən çox investorun iştirak etdiyi abunə yazılışlarında fiziki şəxslər öz aktivlikləri ilə seçiliblər. Bankın istiqrazları təkrar bazarda da aktiv ticarət olunub. Ötən il ərzində investorlar arasında 52 milyon manatdan çox ticarət aparılıb.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.