“Kiber təhlükəsizlik və fırıldaqçılığa qarşı mübarizə sahələrində təqdim olunan həllər” mövzusunda vebinar keçirilib

Azərbaycan Banklar Assosiasiyası  2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi, ödəniş ekosistemində rəqabətə davamlı məhsul və xidmətlərin təqdim edilməsi istiqamətində maarrifləndirici tədbirlərin icrasını davam etdirir.

Həyata keçirilən tədbirlərin davamı olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası və “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı birgə bank mütəxəssislərinin bilik və bacarıqlarının daha da artırılması məqsədilə növbəti vebinar keçirmişdir.

Vebinar 30 iyul 2020-ci il tarixində, Zoom platforması vasitəsilə “Kiber təhlükəsizlik və fırıldaqçılığa qarşı mübarizə sahələrində təqdim olunan həllər” mövzusunda baş tutub. Vebinarın təlimçisi “Mastercard”ın Kiber və İntellektual həllər üzrə direktoru Vitali Rubanov olmuşdur.

Qarşılıqlı müzakirələr əsasında keçirilən vebinarda iştirakçıların sualları cavablandırılmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır