Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan-Fransa Ticarət Palatasının İdarə Heyətinin sədri Teybə Quliyeva və İdarə Heyətinin üzvləri ilə görüşüb.
Görüşdə KOBİA-nın fəaliyyəti, kiçik və orta sahibkarlara göstərdiyi dəstək tədbirləri, Agentliyin KOB sahəsində xarici təşkilatlarla əməkdaşlığı barədə məlumat verilib, KOBİA-nın ötən il Fransa Sahibkarlar Təşkilatı (MEDEF) ilə əməkdaşlığa başladığı vurğulanıb. KOBİA və Palata arasında əməkdaşlıq imkanlarına dair müzakirələrin aparıldığı görüşdə qadın və gənc sahibkarların bilik və bacarıqlarının genişləndirilməsi, KOB-ların məşğulluqda rolunun artırılması, maliyyə resurslarına və xarici bazarlara çıxışı, KOB-ların iştirakı ilə birgə forumun təşkili, Fransanın dövlət-özəl tərəfdaşlığı sahəsində uğurlu təcrübəsinin öyrənilməsi perspektiv əməkdaşlıq istiqamətləri kimi qeyd edilib.