Home » KOBİA ilə Belarus Ticarət və Sənaye Palatası arasında sənəd imzalanıb

KOBİA ilə Belarus Ticarət və Sənaye Palatası arasında sənəd imzalanıb

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Anlaşma Memorandumunda sahibkarlar arasında işgüzar əlaqələrin təşviqi, birgə tədbirlərin keçirilməsi, investisiya layihələrinin reallaşdırılmasında dəstək, biznes missiyaların təşkili, məlumat mübadiləsi kimi məsələlər öz əksini tapıb. 

Minsk şəhərində keçirilən Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 14-cü iclası çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Belarus Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənədi KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov və Belarus Ticarət və Sənaye Palatasının sədr müavini Denis Meleşkin imzalayıblar.

Memorandumda hər iki ölkənin sahibkarları arasında işgüzar əlaqələrin təşviqi, qarşılıqlı maraq doğuran birgə tədbirlərin keçirilməsi, investisiya layihələrinin reallaşdırılmasında təşkilat və iş adamlarına dəstəyin göstərilməsi, iqtisadiyyat və ixrac imkanları ilə tanışlıq məqsədilə biznes missiyaların təşkili, tədbirlər, xarici iqtisadi fəaliyyət sahəsində qanunvericilik aktları və əməkdaşlıqda maraqlı olan potensial tərəfdaşlar barədə məlumat mübadiləsi və s. istiqamətlərdə tədbirlər nəzərdə tutulur.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.