0


İyulun 4-də kriptovalyuta bazarında qiymətlər bir qədər geriləyib.
BBN.az xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 09:45-də dünyanın ən dəyərli kriptovalyutası olan “Bitcoin” 0,11% ucuzlaşaraq 109 157 ABŞ dolları səviyyəsində qərarlaşıb.
“Ethereum”un qiyməti də son 24 saatda 0,40% azalaraq 2 578 ABŞ dollarına enib. İlk beşlikdə yer alan digər kriptovalyutalardan XRP 0,95%, BNB isə 0,15% dəyər itirib.
Qeyd edək ki, “Bitcoin”in ilin ən yüksək göstəricisi mayın 22-də qeydə alınıb və həmin vaxt qiyməti 110 min dolları ötüb.